Tokayev Qazaxıstan tarixində yeni bir dövrün başlanğıcını elan edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyulun 1-dən yeni Konstitusiyanın qüvvəyə minməsini ölkənin siyasi sisteminin yenidən qurulmasının başlanğıcı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Nur.kz məlumat yayıb.
Prezident qeyd edib ki, yeni Konstitusiya dövlət idarəçiliyinin təkmilləşdirilməsi və siyasi institutların modernləşdirilməsi istiqamətində mühüm mərhələ hesab olunur.
O, hakimiyyət bölgüsünün yeni modelini də təqdim edib: "güclü prezident – nüfuzlu qurultay – hesabatlı hökumət".
Tokayevin sözlərinə görə, Qazaxıstan prezident üsul-idarəsini qoruyub saxlayacaq. Bu modeldə dövlət başçısı Konstitusiyanın təminatçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı və ölkənin xarici siyasətini müəyyən edən əsas fiqur olaraq qalacaq.
09:39 01.07.2026
Oxunuş sayı: 47