İtaliyadan viza qadağasına sərt etiraz
İtaliya Avropa İttifaqında (Aİ) Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin qadağan olunması təklifini dəstəkləmir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝TASS˝ agentliyinə İtaliyanın diplomatik mənbəsi məlumat verib.
Mənbənin sözlərinə görə, faktlar göstərir ki, İtaliya konsulluqları digər Avropa ölkələri ilə müqayisədə Rusiya vətəndaşlarına daha çox turist vizası verir.
Bununla yanaşı, Brüsseldəki diplomatik mənbələr bildiriblər ki, Avropa Komissiyası payızda viza siyasətini sərtləşdirməyi və yeni imtina meyarları tətbiq etməyi planlaşdırır. Bu addımların xüsusilə Rusiya, Belarus və İran vətəndaşlarına şamil olunacağı gözlənilir.
Məlumata görə, Aİ Ukraynaya qarşı müharibədə iştirak edən şəxslərin girişinə qadağanı da nəzərdən keçirir və bu mexanizm Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə daxil edilə bilər.
22:48 30.06.2026
Oxunuş sayı: 48