Sudanda ölümcül epidemiya yayılır
Ümumdünya Səhiyyə Təşkilatı Sudanın Qərbi Kurdufan əyalətində vəba epidemiyasının rəsmən elan edildiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, iyunun 20-nə olan göstəricilərə görə, regionda 838 şübhəli yoluxma halı, 7 təsdiqlənmiş infeksiya və 117 ölüm faktı qeydə alınıb.
Səhiyyə qurumları vəziyyətin nəzarətdə saxlanılması və xəstəliyin yayılmasının qarşısının alınması üçün tədbirlərin gücləndirildiyini açıqlayıb.
21:52 30.06.2026
Oxunuş sayı: 48