Erməni musiqiçi Netanyahu hökumətini sərt tənqid edib
"System of a Down" qrupunun solisti, erməni əsilli musiqiçi Serj Tankyan İsrailin Baş naziri Benyamin Netanyahunu və hökumətini qondarma "erməni soyqırımı"nın tanınması məsələsindən siyasi məqsədlərlə istifadə etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Ynet" nəşri məlumat yayıb.
Tankyan bildirib ki, İsrail hökuməti uzun illər qondarma "erməni soyqırımı"nın tanınmasına qarşı çıxıb, lakin indi bu mövzudan siyasi məqsədlər üçün istifadə edir. Musiqiçi Netanyahu hökumətini sərt ifadələrlə tənqid edib.
17:34 30.06.2026
Oxunuş sayı: 52