Hər iki ayağını itirən alpinist Everesti əlləri ilə fəth etdi
Başqırdıstandan olan alpinist Rustam Nəbiyev dünyanın ən hündür zirvəsi olan Everesti yalnız əllərinin köməyi ilə fəth edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, hər iki ayağını itirən Rustam Nəbiyev 20 may 2026-cı ildə 8 848 metr hündürlüyündə yerləşən Everest zirvəsinə qalxaraq dünya alpinizm tarixində nadir uğura imza atıb.
Qeyd olunub ki, onun bu yürüşü təkcə idman nailiyyəti deyil, həm də iradə və əzmkarlığın rəmzi kimi qiymətləndirilir.
00:15 01.07.2026
Oxunuş sayı: 49