Rusiya Ermənistanı sərt tənqid etdi - qərar niyə uzanır?
Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin Ermənistanın Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçimlə bağlı referendum keçirməyə tələsməməsini başa düşmədiklərini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Aİİ-yə üzv ölkələrin dörd prezidenti birgə bəyanatda bu referendumu yaxın zamanda keçirməyə çağırıblar. Onun sözlərinə görə, Ermənistan qanunvericiliyinə əsasən, ölkənin fövqəlmilli inteqrasiya strukturlarına qoşulması üçün referendum keçirilməsi zəruridir.
Rusiya rəsmisi qeyd edib ki, Moskva Ermənistan rəhbərliyinin niyə bu məsələdə vətəndaşların mövqeyini soruşmağa tələsmədiyini anlamır. O, ehtimal edib ki, bu gecikmənin arxasında müəyyən siyasi və ya konyunktur səbəblər ola bilər.
21:19 29.06.2026
Oxunuş sayı: 53