Qanlı gecə - Ukraynada şəhərlər bir-bir vuruldu
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəyə endirdiyi son zərbələrlə bağlı məlumat yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiya Dnepr şəhərinə raket hücumu həyata keçirərək infrastruktur obyektini hədəfə alıb. Nəticədə 5 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Zelenski bildirib ki, Zaporojyeyə edilən hücum zamanı mülki sərnişin avtobusu dronla vurulub. Hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb, yaralılar arasında uşaq da var.
Dövlət başçısı qeyd edib ki, Nikopol şəhərində Rusiya hərbçiləri xilasedicilər və yanğınsöndürmə maşınına təkrar zərbə endirib.
Bundan əlavə, Sumi, Odessa və Çerniqov vilayətlərində enerji infrastruktur obyektləri, həmçinin Xerson və Xarkov vilayətləri də atəşə məruz qalıb.
Zelenski vurğulayıb ki, bu hücumlara qarşı mübarizə vacibdir və əhalinin daha yaxşı qorunması üçün raketdən müdafiə vasitələrinin gücləndirilməsi zəruridir. Onun sözlərinə görə, Avropa özünün raketdən müdafiə sistemlərini və imkanlarını sürətlə inkişaf etdirməlidir ki, daha çox insanın həyatı xilas olunsun.
20:50 29.06.2026
Oxunuş sayı: 50