Sosial dəstək, yoxsa səs qazanma? – Ermənistan seçkilərində yeni müzakirə
Ermənistanın ədliyyə naziri Srbui Qalyan iyunun 7-də keçirilən seçkilər zamanı hökumətin inzibati resurslardan istifadə etmədiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir Konstitusiya Məhkəməsində çıxışı zamanı qeyd edib ki, seçkilər ərəfəsində pensiyaların artırılması, icbari tibbi sığorta sisteminin tətbiqi və digər sosial layihələrin həyata keçirilməsi inzibati resursdan istifadə kimi qiymətləndirilə bilməz.
Onun sözlərinə görə, sosial təminatların gücləndirilməsi üzrə növbəti mərhələnin seçki dövrünə təsadüf etməsi sadəcə zaman uyğunluğudur və bunun seçki prosesinə təsir göstərmək məqsədi daşımadığını vurğulayıb.
19:13 27.06.2026
Oxunuş sayı: 53