Kəşfiyyatdakı kritik səhv: Məktəb hərbi hədəf kimi işarələnib
ABŞ ordusunun İranın Minab şəhərində yerləşən məktəb binasına zərbə endirməsi kəşfiyyat məlumatlarındakı səhvlə əlaqəli olub.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Bloomberg˝ məlumat yayıb.
Agentliyin yazdığına görə, hələ 2019-cu ildə ABŞ kəşfiyyatının analitiklərindən biri Pentaqonun potensial hədəf kimi nəzərdən keçirdiyi obyektlərdən birinin əslində təhsil müəssisəsi olduğunu daxili qeyri-rəsmi sistemdə qeyd edib.
Lakin məlumat bazaları arasındakı koordinasiya problemləri səbəbindən həmin xəbərdarlıq komandanlığa çatmayıb. Nəticədə obyekt sonradan hərbi hədəf kimi qiymətləndirilərək zərbəyə məruz qalıb.
˝Bloomberg˝ bildirir ki, hadisə ABŞ kəşfiyyat strukturları arasında məlumat mübadiləsindəki boşluqları bir daha gündəmə gətirib.
17:35 27.06.2026
Oxunuş sayı: 62