Hörmüz boğazında gərginlik: Tanker atəşə tutuldu
Hörmüz boğazında tanker hücuma məruz qalıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, Hörmüz boğazında üzən gəmi haradan atıldığı hələlik müəyyən edilməyən mərmi ilə zədələnib"
Məlumata əsasən, insident nəticəsində tankerin idarəetmə körpüsü zərər görüb. Ekipaj üzvlərinin hamısının təhlükəsiz olduğu bildirilib.
UKMTO həmçinin qeyd edib ki, hadisə nəticəsində ətraf mühitə hər hansı zərər dəyməyib. İnsidentin səbəbləri və mərminin mənşəyi ilə bağlı araşdırmalar davam edir.
16:10 27.06.2026
Oxunuş sayı: 57