SEPAH Hörmüz boğazı ilə bağlı iddiaları təkzib edib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzrə ABŞ ilə qaynar xətt yaradılması barədə yayılan xəbərləri yalanlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. SEPAH rəsmiləri bildirib ki, bu tip iddialar heç bir rəsmi əsasa söykənmir və Tehran–Vaşinqton arasında dəniz təhlükəsizliyi və ya Hörmüz boğazı ilə bağlı belə bir birbaşa əlaqə kanalı mövcud deyil.
Eyni zamanda SEPAH regionda gəmilərin hərəkəti ilə bağlı nəzarət və xəbərdarlıqların davam etdiyini, lakin bunun ABŞ ilə birgə koordinasiya mexanizmi və ya qaynar xətt formatında olmadığını vurğulayıb.
Qeyd olunur ki, son günlər Hörmüz boğazı ətrafında gərginlik və gəmilərin hərəkəti ilə bağlı müxtəlif iddialar yayılıb, lakin İran tərəfi ABŞ ilə birbaşa operativ əlaqə barədə məlumatları dəfələrlə təkzib edib.
23:00 26.06.2026
Oxunuş sayı: 62