Krımda “Zaliv” zavodu hücuma məruz qaldı
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın nəzarətində olan Krımın Kerç şəhərində yerləşən “Zaliv” gəmiqayırma zavoduna zərbə endirdiyini bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, SBU-nun “Alfa” xüsusi təyinatlı bölməsinin əməliyyatı zamanı zavodun ərazisində olan hərbi gəmilərin hədəf alındığı bildirilib.
Məlumata görə, hücum zamanı 15310 layihəsinə aid “Volqa” və “Vyatka” gəmiləri, həmçinin tikintisi başa çatmamış “Petropavlovsk” yük-sərnişin bərəsi hədəfə alınıb. Rusiya tərəfi isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
17:50 26.06.2026
Oxunuş sayı: 45