AEBA İranın nüvə obyektlərində yoxlamaları bərpa etməyə hazırlaşır
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) yaxın vaxtlarda İranın nüvə obyektlərində yoxlamaları bərpa etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi bildirib.
Onun sözlərinə görə, ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya əsasən, sazişin nüvə ilə bağlı müddəalarının icrasına beynəlxalq nəzarəti AEBA həyata keçirəcək.
Qrossi qeyd edib ki, texniki hazırlıq işlərinə artıq başlanılıb və agentlik qısa zamanda inspeksiyaları yenidən həyata keçirməyə hazırdır.
O, həmçinin bildirib ki, agentliyin qiymətləndirməsinə əsasən, İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları böyük ehtimalla Fordo və Natanz nüvə obyektlərində qalır.
Baş direktorun sözlərinə görə, müfəttişlərin əsas vəzifəsi həmin obyektlərə qayıdaraq möhürlərin bütövlüyünü yoxlamaq və bütün nüvə materiallarının yerində olduğunu təsdiqləmək olacaq.
10:42 26.06.2026
Oxunuş sayı: 60