Putin: Ukraynanı razı salmaq üçün səkkiz il sərf etdik
Rusiya Ukraynada müharibəyə başlamayıb və səkkiz il ərzində onu Donbas məsələsini sülh yolu ilə həll etməyə inandırıb.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Biz onları (Ukraynanı Donbasla razılığa gəlməyə) inandırmaq üçün səkkiz il sərf etdik. Səkkiz il ərzində onları Ukraynanın rusların yaşadığı bu hissəsi ilə sülh yolu ilə razılığa gəlməyə inandırmağa çalışdıq. Sonra məlum oldu ki, bu, mümkün deyil, çünki Ukrayna prezidenti Volodimir Zelenski açıq şəkildə dedi: “Biz heç nəyi (Minsk razılaşmalarını) həyata keçirməyəcəyik. Bəs nə? Biz maraqlarımızı və orada yaşayan insanları qorumaq üçün başqa vasitələrdən istifadə etməli olduq”, - deyə Putin bildirib.
Onun sözlərinə görə, Rusiya Şimali Atlantika Alyansı ilə təmsil olunan bütün "kollektiv Qərb"lə praktik olaraq təkbaşına qarşıdurma aparır.
20:20 12.06.2026
Oxunuş sayı: 56