Starmer istefa verməkdən imtina etdi
Böyük Britaniyanın Baş naziri Keir Starmer ölkəni yeni seçkilərlə xaosa salmamaq üçün istefa vermək niyyətində olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, baş nazir bu barədə BBC-yə verdiyi müsahibədə bildirib.
"Mənim getmək niyyətim yoxdur. Düşünmürəm ki, ölkəni lider seçmək kimi xaosa salmalıyıq. Açıq deyim: bu, şəxsi təkəbbür və ya inadkarlıq məsələsi deyil. Söhbət dərin bir vəzifə hissi ilə bağlıdır. Mən çətin şəraitdə bu ölkəyə xidmət etmək üçün seçilmişəm və mən məhz bunu edirəm", - deyə o bildirib.
Starmer istefa verməyi düşünmədiyini, çünki ölkənin maraqları naminə işləməyə və siyasi sabitliyin təmin edilməsinə davam etməyi öz vəzifəsi hesab etdiyini söylədi.
20:08 12.06.2026
Oxunuş sayı: 68