Amsterdamda idman klubunun binasında güclü partlayış: 7 yaralı var
Amsterdamın qərbindəki idman klubunun binasında güclü partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Televiziya şirkətinin məlumatına görə, partlayış gecə yarısı baş verib. Yaralı yeddi nəfər dərhal dağıntılar altından çıxarılıb.
Səhər xilasedicilər dağıntılar altında daha çox insanın qaldığına dair əlamətlər aşkar etdiklərini bildiriblər.
19:55 12.06.2026
Oxunuş sayı: 56