Zelenski Rusiya media qurumları və hakimlərinə qarşı sanksiyaları təsdiqlədi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya media qurumları və ukraynalılara qarşı qanunsuz qərarlar çıxaran hakimlərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qərarı təsdiqləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı müvafiq fərman Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.
Məlumata görə, fərman Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qəbul etdiyi qərarı qüvvəyə mindirir. Yeni sanksiyalar paketi 29 fiziki şəxs və 17 hüquqi şəxsi əhatə edir.
Sanksiyaların Rusiya media strukturlarının və Ukrayna vətəndaşlarına qarşı qanunsuz qərarlar qəbul edən şəxslərin fəaliyyətinə qarşı yönəldiyi bildirilir.
17:46 12.06.2026
Oxunuş sayı: 50