Lavrov: ABŞ “Alyaska razılaşmaları”nı irəli aparsaydı, müharibə bitə bilərdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ-nin irəli sürdüyü və “Alyaska razılaşmaları” adlandırılan təşəbbüs real şəkildə dəstəklənsəydi, Ukraynada döyüş əməliyyatları artıq başa çata bilərdi.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Lavrovun sözlərinə görə, Alyaskada Vaşinqtonun konkret təklifi əsasında tərəflər arasında müəyyən qarşılıqlı anlaşma əldə olunmuşdu. O qeyd edib ki, ABŞ bu təşəbbüsün həyata keçirilməsinə lazımi səviyyədə dəstək versəydi, tərəflər çoxdan danışıqlar masası arxasına əyləşə bilərdilər.
07:40 05.06.2026
Oxunuş sayı: 42