23-60 yaşlı ukraynalılar Aİ-də müdafiə statusunu itirə bilər
Avropa İttifaqı ölkələrinin daxili işlər nazirləri ukraynalı kişilər üçün müvəqqəti müdafiə statusunun gələcəyi ilə bağlı dəyişiklik imkanlarını müzakirə ediblər.
Crossmedia.az TASS-a istinadən bildirir ki, müzakirə olunan variantlardan biri 23-60 yaş arası, hərbi xidmətə cəlb oluna biləcək Ukrayna vətəndaşlarının Aİ-də müvəqqəti müdafiə hüququnun məhdudlaşdırılmasıdır. Bununla belə, söhbət əsasən gələcəkdə Avropaya gələcək şəxslərdən gedir və hazırda bu statusdan yararlananlara şamil olunmaya bilər.
Bildirilir ki, Ukrayna qanunvericiliyinə əsasən səfərbərlikdən qanuni azad olunan şəxslər, o cümlədən əlilliyi olan vətəndaşlar və üç və daha çox uşağı olan atalar üçün istisnaların saxlanılması nəzərdən keçirilir.
08:00 05.06.2026
Oxunuş sayı: 41