ABŞ-də Rusiyaya sanksiyalar və Ukraynaya yardım layihəsi qəbul olundu
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini və Ukraynaya əlavə yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Səsvermənin nəticələrinə əsasən, təşəbbüsün lehinə 226 konqresmen səs verib, 195 qanunverici isə layihənin əleyhinə çıxış edib.
Qanun layihəsində Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsi və Ukrayna üçün dəstəyin davam etdirilməsi nəzərdə tutulur.
Sənədin qüvvəyə minməsi üçün növbəti mərhələlərdən keçməsi tələb olunur.
06:30 05.06.2026
Oxunuş sayı: 39