Zelenskidən Putinə mesaj: Müharibəyə son qoymağın vaxtıdır
Ukrayna münaqişəyə son qoymağı təklif edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə yazdığı məktubda bildirib.
Zelenski məktubunda Ukraynanın müharibəyə son qoyulması üçün danışıqlara hazır olduğunu bildirib və Putinə birbaşa görüş keçirməyi təklif edib. O, Avropa ölkələri və ABŞ-nin də danışıqlar prosesində iştirak etməsinin vacib olduğunu vurğulayıb.
Ukrayna lideri həmçinin bütün hərbi əsirlərin "hamının hamıya" prinsipi ilə dəyişdirilməsini təklif edib və bunun müharibənin başa çatmasına doğru mühüm addım ola biləcəyini qeyd edib.
Zelenski bildirib ki, əgər Rusiya müharibəni dayandırmasa, Ukrayna öz müstəqilliyi və mövcudluğu uğrunda mübarizəni davam etdirəcək.
23:50 04.06.2026
Oxunuş sayı: 179