Ekspert: Ukrayna "Şimal Axını" boru kəmərini sabotaj etməkdə günahkardır
Ukrayna "Şimal Axını" boru kəmərini sabotaj etməkdə açıq-aydın günahkardır.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Bundestaqdakı Almaniya üçün Alternativ fraksiyasının sədr müavini və xarici siyasət üzrə ekspert Markus Fronmayer Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) bildirib.
“Almaniyanın maraqlarını təmsil edən bir siyasətçi olaraq, Ukraynaya niyə 100 milyard avrodan çox pul ödədiyimizi başa düşmürəm. Bu, infrastruktur layihəmizi, yəni Şimal Axınını açıq şəkildə sarsıdan bir ölkədir”, -deyə, o bildirib.
21:16 04.06.2026
Oxunuş sayı: 62