Pakistan: ABŞ və İran arasında danışıqlar davam edir
ABŞ və İran arasında danışıqların irəliləməsi prosesi davam edir.
Crossmedia.az xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tahir Andrabi həftəlik brifinq zamanı deyib.
Bununla yanaşı, o, Pakistan xarici işlər nazirinin mayın sonlarında Vaşinqtona səfəri zamanı ABŞ-ə İran barədə məlumatların ötürülməsinə dair hər hansı iddiaları qəti şəkildə təkzib edib.
"Bu xəbərlər ən başından yalandır və lüzumsuz fərziyyələrdən ibarətdir. Bizim fikrimizcə, bu iddialar hazırda gedən diplomatiya prosesinə təsir göstərməyə yönəlmiş mənfi cəhdlərin bir hissəsidir", — deyə o vurğulayıb.
Pakistan indiyə qədər ABŞ-İran danışıqlarında əsas vasitəçi olaraq qalmaqdadır.
19:22 04.06.2026
Oxunuş sayı: 50