Rusiya Ermənistanın Aİİ-də üzvlüyünün dayandırılması mexanizmini araşdırır
Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvlüyünün dayandırılması mexanizmini araşdırır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş nazir müavini Aleksey Overçuk məlumat verib.
Onun sözlərinə görə, Aİİ haqqında Müqavilədə ittifaqdan çıxış, üzvlüyün dayandırılması və ya hər hansı ölkənin təşkilatdan xaric edilməsi prosedurları nəzərdə tutulmayıb.
Bu səbəbdən məsələ hüquqi baxımdan araşdırılacaq və nəticələrin dekabr ayına qədər təqdim olunması planlaşdırılır.
“Hazırda üzvlüyün dayandırılmasının nə demək olacağını öyrənəcəyik”, – deyə Overçuk bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın Aİİ-də üzvlüyü məsələsinin növbəti Ali Avrasiya İqtisadi Şurası iclasında yenidən müzakirə olunması barədə razılığa gəliblər.
18:56 04.06.2026
Oxunuş sayı: 48