Almaniya BMT Təhlükəsizlik Şurasında yer qazana bilməyib
Almaniya BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv seçkilərində kifayət qədər səs toplaya bilməyərək yer qazana bilməyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, səsvermədə Almaniya 104 səs toplayıb və nəticədə TŞ-də təmsil olunmaq hüququ əldə edə bilməyib.
Məlumata görə, Almaniyanın əvəzinə Portuqaliya və Avstriya BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi seçiliblər.
Almaniyanın Xarici İşlər Nazirliyinin rəhbəri nəticə ilə bağlı Rusiyanı günahlandırıb. Bildirilib ki, bir sıra “Qlobal Cənub” ölkələrinin Almaniyanın əleyhinə səs verməsi nəticəyə təsir göstərib.
Qeyd olunur ki, Berlin növbəti dövrdə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi təmsil olunmayacaq.
18:40 04.06.2026
Oxunuş sayı: 63