Peter Magyar Ukraynanın Aİ-yə qəbuluna qarşı çıxıb
Macarıstanın baş naziri Peter Magyar Ukraynanın Avropa İttifaqına sadələşdirilmiş prosedur əsasında qəbul edilməsinə qarşı olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Aİ-yə üzvlük məsələsində bütün namizəd ölkələr üçün eyni qaydalar tətbiq olunmalıdır.
Baş nazir xatırladıb ki, Qərbi Balkan ölkələrinin bəziləri artıq on ildən çoxdur ki, Avropa İttifaqına üzvlük üçün növbədə gözləyirlər.
O qeyd edib ki, Ukrayna üçün xüsusi və ya sürətləndirilmiş mexanizmin tətbiqi digər namizəd ölkələrə qarşı ədalətsizlik kimi qiymətləndirilə bilər.
Macarıstan hökuməti daha əvvəl də Ukraynanın Aİ-yə inteqrasiyası prosesində tələskən addımların atılmasına ehtiyatla yanaşdığını bəyan etmişdi.
15:28 04.06.2026
Oxunuş sayı: 57