Orban: Rusiyadan enerji asılılığından tam imtina mümkün deyil
Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Rusiyadan enerji təchizatından tamamilə imtina etmək real deyil.
Crossmedia.az xəbər verir ki, O bildirib ki, Ukrayna münaqişəsi başa çatdıqdan sonra heç bir tərəf enerji sektoru da daxil olmaqla yeni “soyuq müharibə” vəziyyətində maraqlı olmayacaq.
Orbanın fikrincə, Avropada enerji təhlükəsizliyi balanslı yanaşma tələb edir və alternativ mənbələrə keçid mərhələli şəkildə aparılmalıdır.
13:55 04.06.2026
Oxunuş sayı: 60