Rusiya 20–30 illik müharibə dövrü ilə üz-üzə qala bilər
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MGIMO Universiteti) nümayəndələri Rusiyanın uzunmüddətli müharibə şəraitinə daxil ola biləcəyi barədə açıqlama veriblər.
Crossmedia.az xəbər verir ki, universitetin professoru və Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) polkovniki Andrey Bezrukov bildirib ki, Rusiya daha 20–30 il davam edə biləcək qarşıdurma dövrü ilə üz-üzə qala bilər.
Onun sözlərinə görə, dünya artıq qlobal münaqişə mərhələsinə daxil olub və yaxın onilliklərdə müxtəlif regionlarda gərginliklərin artması ehtimalı var.
Bezrukov həmçinin gələcəkdə Asiyada münaqişələr, pilotsuz uçuş aparatlarının geniş istifadəsi və hətta bioloji müharibə risklərinin gündəmdə olacağını iddia edib.
13:33 04.06.2026
Oxunuş sayı: 47