Ukrayna Kerç istiqamətində qatarı vurub – ölən və yaralananlar var
Ukrayna tərəfindən həyata keçirildiyi iddia olunan pilotsuz uçuş aparatı hücumu nəticəsində Kerç istiqamətində hərəkət edən şəhərətrafı qatar vurulub.
Crossmedia.az xəbər verir ki, ilhaq edilmiş Krımın rəhbərliyinin bildirdiyinə görə, hadisə Kerç–Azov dənizi marşrutu üzrə hərəkət edən qatarda baş verib. Hücum nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərin isə yaralandığı bildirilir.
Rusiya tərəfi hadisəni Ukraynaya məxsus pilotsuz uçuş aparatının zərbəsi kimi təqdim edir. Məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
13:25 04.06.2026
Oxunuş sayı: 53