Trampın İrana qarşı səlahiyyətləri məhdudlaşdırılıb
ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan qətnaməni qəbul edib.
Crossmedia.az xəbər verir ki, sənədin lehinə 215, əleyhinə isə 208 konqresmen səs verib.
Qətnaməyə əsasən, Konqresin ayrıca icazəsi olmadan ABŞ Silahlı Qüvvələrinin İranla hərbi qarşıdurmalarda iştirakının dayandırılması tələb olunur.
Məlumata görə, Senat tərəfindən də dəstəklənsə belə, sənəd qanun qüvvəsinə malik deyil və birbaşa prezidentə imza və ya veto üçün təqdim olunmur.
Bu təşəbbüsün İranla gərginlik fonunda Trampın hərbi səlahiyyətlərinə dair son aylarda atılan dördüncü addım olduğu bildirilir.
13:00 04.06.2026
Oxunuş sayı: 46