Tramp İranla atəşkəsin pozulacağı şərti açıqlayıb
ABŞ prezidenti Donald Trampın İranla bağlı atəşkəs prosesinə dair mövqeyi barədə yeni iddialar yayılıb.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal”-ın məlumatına görə, Tramp yaxın ətrafına bildirib ki, əgər İranın addımları nəticəsində ABŞ hərbçiləri həlak olarsa, Vaşinqton atəşkəsi dayandıraraq hərbi əməliyyatları yenidən başlatmağı nəzərdən keçirə bilər.
Məlumata əsasən, Ağ Evdə Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısının alınmasına üstünlük verilir və gərginliyin region üzrə genişlənməsinin istənmədiyi bildirilir.
Hesabatda qeyd olunur ki, İranın ABŞ bazalarına və Küveyt Beynəlxalq Hava Limanı ətrafına yönələn hücum iddiaları Vaşinqtonda narahatlığı artırıb və atəşkəsin davamlılığı ilə bağlı suallar yaradıb.
Eyni zamanda, Trampın İranla mümkün razılaşmanın əldə edilə biləcəyinə hələ də ümid etdiyi bildirilir.
12:53 04.06.2026
Oxunuş sayı: 55