Tramp İranı “qlobal problem” adlandırıb
ABŞ prezidenti Donald Tramp İranı “qlobal problem” adlandırıb və Vaşinqtonun İsraillə əməkdaşlığının qarşıdurmada həlledici rol oynadığını bildirib.
Crossmedia.az xəbər verir ki, o, açıqlamasında ABŞ-nin İranla gərginlik dövründə İsrailə verdiyi dəstəyin nəticələrin əldə olunmasında əsas faktor olduğunu qeyd edib.
“İrana qarşı etdiyimiz işlərdə çox təsirli idik. İsrailin bizə ehtiyacı var idi. Biz olmadan İrana qarşı bunu edə bilməzdilər, hətta yaxınlaşa da bilməzdilər”, – deyə ABŞ prezidenti vurğulayıb.
İran ilə bağlı danışan Tramp onu təkcə regional deyil, həm də qlobal təhlükə mənbəyi kimi qiymətləndirib.
“İran əsl problem, böyük problem, hətta qlobal problemdir”, – deyə o əlavə edib.
11:54 04.06.2026
Oxunuş sayı: 53