Zakarpatiyada razılaşma: Ukrayna macarların hüquqları ilə bağlı öhdəlik götürüb
Ukrayna ilə Macarıstan Ukraynanın Zakarpatiya bölgəsində yaşayan macarların hüquqları ilə bağlı razılığa gəlib.
Crossmedia.az xəbər verir ki, “Magyar” nəşrinin məlumatına görə, əldə olunan anlaşma çərçivəsində Ukrayna tərəfi Zakarpatiyada yaşayan macar icmasının hüquqlarının qorunması və bəzi mədəni-təhsil öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı öhdəlik götürüb.
Məlumata əsasən, Macarıstan hökuməti bu öhdəliklər yerinə yetirildiyi halda Ukraynanın Avropa İttifaqına üzvlük prosesi çərçivəsində ilk danışıqlar klasterinin açılmasına dəstək verəcəyini bildirib.
Tərəflər razılaşmanın icrası ilə bağlı monitorinq mexanizminin də nəzərdən keçirildiyini qeyd ediblər.
10:55 04.06.2026
Oxunuş sayı: 46