KİV: Avropa Trampın qitədən daha çox ABŞ qoşunlarını çıxaracağını gözləyir
ABŞ-nin Avropadakı müttəfiqləri prezident Donald Trampın qitədən daha çox Amerika qoşununu çıxaracağını gözləyirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələr bildiriblər ki, ABŞ-nin Avropadakı müttəfiqləri Trampın Almaniyadan 5000 əsgərin çıxarılmasını elan etməsindən sonra qitədən daha çox qoşun çıxarmasını gözləyirlər".
Adlarının çəkilməsini istəməyən mənbələr bildirib ki, NATO üzv ölkələrindən olan yüksək vəzifəli diplomatlar Trampın, ehtimal ki, İtaliyada da qoşunların sayının azaldılmasını elan edəcəyini və Co Baydenin prezidentliyi dövründə təsdiqlənmiş Almaniyada uzunmənzilli raketlərin yerləşdirilməsi planını ləğv edəcəyini proqnozlaşdırırlar.
Mənbələr bildirib ki, digər ssenarilərə ABŞ-ın bəzi hərbi təlimlərdə iştirakını dayandırması və narazı olduqları ölkələrdən qoşunların Trampa daha dost hesab edilən digər ölkələrə köçürülməsi daxildir.
Qeyd olunur ki, bu ideya Trampın prezident kimi ilk müddətinə, Polşaya daha çox ABŞ qoşun göndərməyi düşündüyü dövrə gedib çıxır.
Mənbələr qoşunların geri çəkilməsi ilə bağlı proqnozlarının Trampın ictimai şərhlərinə və ittifaq rəsmilərinin NATO ilə bağlı gələcək planları ilə bağlı amerikalı həmkarları ilə apardıqları söhbətlərə əsaslandığını bildiriblər.
ABŞ Müharibə Nazirliyi (Pentaqon) nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
21:37 09.05.2026
Oxunuş sayı: 48