Rusiya yenidən raket sınaqlarına hazırlaşır
Rusiya mayın 6–10 tarixlərində Ust-Kamçatsk bölgəsində yerləşən Kura poliqonunda raket sınaqları keçirəcəyini elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Məlumata görə, bu, son 1,5 il ərzində ilk belə sınaq olacaq.
Bildirilib ki, 2024-cü ildə həmin poliqonda sınaqlar aparılıb və o zaman “Yars” tipli raketin buraxılışı həyata keçirilib.
17:07 06.05.2026
Oxunuş sayı: 43