İsrailli investorlar Kiprdə kəndin böyük hissəsini aldı
İsrailli investorlar Kiprin cənubundakı Trozena kəndinin təxminən 70 faizini satın alaraq, ərazidəki torpaqların və binaların böyük hissəsinə nəzarəti ələ keçiriblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bu alış - verişlər, xüsusi mühafizə xidmətinin kəndin bəzi hissələrinə girişi məhdudlaşdırması və ziyarətçilərin müəyyən ərazilərə daxil olmasının qarşısını alması barədə məlumatlar yayıldıqdan sonra ciddi mübahisələrə səbəb olub.
Kipr hakimiyyəti isə kəndin dövlət nəzarətində qaldığını və insanların oraya sərbəst daxil ola biləcəyini bildirib.
16:50 06.05.2026
Oxunuş sayı: 43