Pişəvərdə ABŞ konsulluğu mərhələli şəkildə bağlanır
ABŞ Dövlət Departamenti təhlükəsizlik səbəblərinə görə Pakistanın Pişəvər şəhərindəki konsulluğun fəaliyyətinin mərhələli şəkildə dayandırıldığını və diplomatik işlərin İslamabad şəhərində yerləşən səfirliyə köçürüldüyünü bildirib.
Crossmedia.az xəbər verir ki, qərar təhlükəsizlik riskləri ilə bağlı qəbul olunub və konsulluğun fəaliyyəti tam şəkildə səfirlikdə davam etdiriləcək.
16:47 06.05.2026
Oxunuş sayı: 46