Rusiyada təyyarə qəzası baş verib, ölənlər var
Meşə yanğınlarını izləyən "Aeroprakt-22" yüngül təyyarəsi Rusiyanın Omsk vilayətinin Koşkarevo kəndi yaxınlığında qəzaya uğrayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İlkin məlumatlara görə, qəza nəticəsində iki nəfər ölüb. Təyyarə Rusiya Federasiyasının bir neçə bölgəsində hava işləri və kadr hazırlığı üzrə ixtisaslaşmış "Aviabaza" şirkətinə məxsus olub.
https://t.me/crossmediaaz/18411
16:27 06.05.2026
Oxunuş sayı: 54