Neft yenidən bahalaşa bilər
Qlobal neft ehtiyatları rekord sürətlə azalır və yeni qiymət artımına səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Nəşrin verdiyi məlumata görə, İranla müharibə və Hörmüz boğazından tədarükün pozulması riski səbəbindən aprel ayında qlobal xam neft ehtiyatları təxminən 200 milyon barel azalıb.
S&P-nin Neft Tədqiqatları üzrə rəhbəri Cim Burkhardt bildirib ki, bazar döyüşlərin başlanğıcından bəri təxminən 1 milyard barel itirib. O, hazırkı azalmanı normal diapazonu əhəmiyyətli dərəcədə aşan kimi təsvir edib.
ABŞ investisiya bankı "Goldman Sachs" qlobal neft ehtiyatlarının səkkiz illik minimuma yaxınlaşdığını və təxminən 45 günlük neft məhsulları ehtiyatlarının qaldığını təxmin edir.
Treyderlər xəbərdarlıq edirlər ki, ehtiyatlar azalmağa davam edərsə, bazar qarşıdakı həftələrdə daha bir kəskin qiymət artımı ilə üzləşə bilər.
16:12 06.05.2026
Oxunuş sayı: 42