Tokayev təhlükəsizliklə bağlı mesaj verib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, beynəlxalq münaqişələr diplomatik yollarla həll edilməlidir, lakin ölkə öz maraqlarını daha iddialı mövqedən də müdafiə etməyə hazır olmalıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
O qeyd edib ki, Qazaxıstan bundan sonra da bütün ölkələrlə dostluq münasibətlərini gücləndirəcək və bu prinsiplər yeni Konstitusiyada təsbit olunub.
Tokayev vurğulayıb ki, ölkə müxtəlif çağırışlara qarşı hazır olmalı, təhlükələri dəf etmə qabiliyyətini artırmalıdır.
O əlavə edib ki, xüsusilə silahlı qüvvələrin texnoloji modernləşdirilməsi “qeyri-sabit və təlatümlü dövrdə” prioritet istiqamətlərdən biridir.
15:50 06.05.2026
Oxunuş sayı: 56