ABŞ-də benzinin qiyməti kəskin artıb
ABŞ-da benzinin orta pərakəndə satış qiyməti son dövrlərin ən yüksək səviyyəsinə yüksəlib.
Crossmedia.az xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının məlumata görə, Yaxın Şərqdə davam edən hərbi gərginlik fonunda yanacaq qiymətləri artmaqda davam edir və bir qallon üçün 4,50 dolları ötüb.
Çərşənbə axşamı benzinin orta milli qiyməti 4,54 dollar təşkil edib. Bu göstərici 2022-ci ilin iyununda qeydə alınan 5,01 dollardan aşağıdır.
Ən yüksək qiymət isə Kaliforniya ştatında qeydə alınıb və burada benzinin qiyməti bir qallon üçün 6 dolları keçib.
15:43 06.05.2026
Oxunuş sayı: 52