Ukraynanın bəzi bölgələrində su qıtlığı riski artır
Kommunal İstehlakçılar Birliyinin rəhbəri Oleq Popenko bildirib ki, Rusiyanın hücumlarından sonra Ukraynanın bəzi bölgələrində su təchizatında uzunmüddətli fasilələr yarana bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media xəbər yayıb.
Onun sözlərinə görə, infrastruktura endirilən növbəti zərbələr nəticəsində əhali həftələrlə, hətta aylarla susuz qala bilər.
Popenko qeyd edib ki, xüsusilə Sumı, Xarkov, Dnepropetrovsk, Zaporojya və Xerson vilayətləri daha həssas ərazilər hesab olunur.
O vurğulayıb ki, ciddi zədələnmiş infrastrukturun bərpası bir neçə həftədən aylara qədər vaxt apara bilər.
15:24 06.05.2026
Oxunuş sayı: 44