Papa Leo Trampın tənqidlərinə cavab verib
Papa XIV Leo ABŞ prezidenti Donald Trampın tənqidlərinə cavab verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Vatikan xəbərlər portalı məlumat yayıb.
“Kilsənin missiyası Müjdəni təbliğ etmək, sülhü təbliğ etməkdir. Əgər kimsə məni Müjdəni təbliğ etdiyim üçün tənqid etmək istəyirsə, qoy bunu dürüstcə etsin. Sadəcə ümid edirəm ki, Tanrı sözünün dəyəri sayəsində məni dinləyəcəklər”, - deyə portalın sitat gətirdiyi pontifik bildirib.
15:04 06.05.2026
Oxunuş sayı: 46