Ukrayna Rusiyanın atəşkəs təklifini "qulaq ardına vurduğunu" iddia edir
Ukrayna Rusiyanın mayın 6-dan bəri atəşkəs təklifini qəbul etmədiyini və zərbələr endirməyə davam etdiyini iddia edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bu səhərdən etibarən Xarkov pilotsuz təyyarələrin hücumuna məruz qalır, Zaporojye isə idarə olunan bombalarla vurulub. Dənizdə Odessa bölgəsinə doğru hərəkət edən bir qrup pilotsuz təyyarənin də olduğu bildirilir.
Ukrayna müdafiə nazirinin müşaviri Sergey Sternenko bildirib ki, Rusiya mayın 6-dan bəri Kiyevin atəşkəs təklifini qəbul etməsə, Ukrayna qüvvələri mayın 9-da ona əməl etməyəcək.
13:30 06.05.2026
Oxunuş sayı: 48