Ermənistan kəşfiyyatı Paşinyanın müharibə xəbərdarlığını dəstəklədi
Ermənistanın Xarici Kəşfiyyat Xidməti ölkənin baş naziri Nikol Paşinyanın müharibə riski ilə bağlı xəbərdarlığını dəstəkləyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristin Qriqoryan Paşinyanın müxalifətin qalib gələcəyi təqdirdə Azərbaycanla mümkün yeni müharibə barədə açıqlamasını məntiqli adlandırıb.
Onun sözlərinə görə, seçki iştirakçıları sülh prosesinin əsaslarını şübhə altına alsalar, bu, onun relsdən çıxmasına səbəb ola bilər.
Paşinyan əvvəllər bildirmişdi ki, "müharibə partiyası" hakimiyyətə gələrsə, eskalasiya sentyabrın əvvəlində başlaya bilər.
13:25 06.05.2026
Oxunuş sayı: 49