Dünya neft bazarında kəskin geriləmə
Qlobal neft ehtiyatları aprel ayında kəskin azalma ilə rekord səviyyəyə düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı “Financial Times” nəşri S&P Global Energy şirkətinin məlumatlarına istinadən yayıb.
Ehtiyatlar aprel ayında təxminən 200 milyon barel azalıb.
Məlumata görə, bu azalma İran ətrafında gərginlik fonunda tədarükün azalması ilə bağlıdır və COVID-19 pandemiyasından bəri ən böyük geriləmə hesab olunur.
Hesabatda qeyd olunur ki, ABŞ və İsrail arasında münaqişə qlobal bazarda təxminən 1 milyard barel neft itkisinə səbəb olub və tədarükün azalması yanacağa tələbatdan daha sürətli gedir.
13:20 06.05.2026
Oxunuş sayı: 47