Ermənistan və Ukrayna arasında hərbi əməkdaşlıq razılaşması əldə olunub
Ermənistan və Ukrayna arasında hərbi sahədə yeni əməkdaşlıq razılaşmasının əldə olunduğu bildirilir.
Crossmedia.az xəbər verir ki,bu barədə xarici media xəbər yayıb.
Məlumata görə, İrəvan Ukraynadan pilotsuz uçuş aparatları (PUA) üzrə texniki və praktiki dəstək alacaq. Eyni zamanda tərəflər gələcəkdə birgə dron istehsalı imkanlarını da nəzərdən keçirəcəklər.
Razılaşmaya əsasən, ilk dəfə olaraq Ukrayna hərbçiləri və zabitlərinin Ermənistanda fəaliyyət göstərəcəyi, onların yerli silahlı qüvvələrə təlim keçəcəyi və müxtəlif sahələrdə dəstək verəcəyi bildirilir.
12:05 06.05.2026
Oxunuş sayı: 42