Bu il Krımda hərbi parad keçirilməyəcək
Bu il işğal olunmuş Krımda mayın 9-da hərbi parad və ya digər kütləvi tədbirlər keçirilməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə işğal olunmuş yarımadanın Rusiya tərəfindən təyin olunmuş rəhbəri Sergey Aksyonov məlumat verib.
"Bu il Krım Respublikasında Qələbə Günü şərəfinə hərbi parad və ya digər kütləvi tədbirlərin keçirilməsi planlaşdırılmır. Mütəşəkkil Ölümsüz Alay yürüşü də baş tutmayacaq. Hakimiyyətin bu qərarı təhlükəsizliklə bağlı narahatlıqlar ucbatından verilib", - deyə o yazıb.
05:35 06.05.2026
Oxunuş sayı: 34