Zelenski Rusiyanı lağa qoyub
Ukrayna Prezidenti Volodimir Zelenski 9 may paradına hazırlıqlar səbəbindən Moskvada internetin bağlanmasını lağa qoyub.
Crossmedia.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Zelenskinin Telegram -dakı açıqlamasına istinadən məlumat yayıb.
"Moskvada internetin fasilələri səbəbindən hazırda xəbər almaq çətin olsa da, onlar hələ də hər gün uduzduqlarını hiss edirlər", - deyə prezident qeyd edib.
Dövlət başçısı həmçinin Böyük Britaniyanın 35 fiziki və hüquqi şəxsə məhdudiyyətlər tətbiq etməsini alqışlayıb. Onlar Rusiya dronlarının istehsalı ilə əlaqəlidirlər və dron istehsalı və Ukraynaya qarşı müharibədə iştirak etmək üçün xarici vətəndaşları cəlb edirlər.
21:30 05.05.2026
Oxunuş sayı: 71