Fransanın Ermənistan sevgisisinin "pərdəarxası"...
Fransanın Ermənistana qarşı siyasəti respublikada kimin hakimiyyətdə olmasından asılı olmayaraq dəyişməz olaraq qalır. Bu, Ermənistanın Baş naziri Nikol Paşinyanın əli ilə deyil.
Crossmedia.az xəbər verir ki, bunu Fransadakı Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyan Fransa prezidenti Emmanuel Makronun son açıqlamalarını şərh edərkən bildirib.
Makron bir müddət əvvəl İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxış edərkən qeyd etmişdi ki, səkkiz il əvvəl Ermənistana demək olar, heç kim gəlmirdi, çünki respublika faktiki olaraq "Rusiyanın peyki" hesab olunurdu.
Onun sözlərinə görə, Makronun Ermənistana xüsusi diqqət yetirməsi əsasən Fransadakı erməni diasporunun uzun müddətdir davam edən fəaliyyəti ilə bağlıdır.
O, qeyd edib ki, Paris müxtəlif bəyanatlar və qətnamələr qəbul edərək öz imkanları daxilində mümkün olan maksimum dəstəyi göstərib.
20:07 05.05.2026
Oxunuş sayı: 48